Çempionlar Liqası matçlarının yeni tarixi müəyyənləşdi

Çempionlar Liqası matçlarının yeni tarixi müəyyənləşdi

UEFA koronavirus pandemiyasına görə yarımçıq dayandırılan Çempionlar Liqası matçları ilə bağlı qərarını verib.

Miq.Az "Corriere dello Sport'"a istinadən xəbər verir ki, qitənin 1 nömrəli klub turnirində 1/8 final mərhələsinin oyunları tamamlandıqdan dərhal sonra 1/4 finalın püşkü atılacaq.

İddiaya görə, bu mərhələnin qarşılaşmaları 11-15 avqust tarixlərində, yarımfinal görüşləri isə 18-22 avqustda olacaq.

Final matçının isə avqustun 29-da baş tutacağı bildirilib.

Qeyd edək ki, Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşmaları çərçivəsində "Yuventus" (İtaliya) - "Lion" (Fransa) (ilk oyun - 1:1), "Mançester Siti" (İngiltərə) və "Real Madrid" (İspaniya) (ilk oyun - 2:1), "Barselona" (İspaniya) və "Napoli" (İtaliya) (ilk oyun 1:1) və "Bavariya" (Almaniya) - "Çelsi" (İngiltərə) (ilk oyun - 3:0) matçları pandemiya səbəbindən qeyri-müəyyən müddətədək təxirə salınıb. 

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az