“Ən çox korrupsiyaya bulaşmış dövlət orqanı budur…” – “Şəhərin canına düşüb rüşvət yığırlar”

“Ən çox korrupsiyaya bulaşmış dövlət orqanı budur…” – “Şəhərin canına düşüb rüşvət yığırlar”

"Məncə, bu gün Azərbaycanda korrupsiyaya ən çox bulaşmış dövlət orqanı – Qida Təhlükəsizliyi Agentliyidir. Şəhərin canına düşüb bütün kafe və restoranlardan rüşvət yığırlar. Halbuki, beynəlxalq təşkilatların rəyinə görə, Azərbaycanda qida təhlükəsizliyi problemi katastrofik durumdadır”.

Miq.Az xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) qarşı belə sərt ittihamla jurnalist Eynulla Fətullayev çıxış edib. O, "Facebook” statusunda bu barədə söhbət açıb.

Jurnalist iddia edib ki, Bakının bazarlarında açıq şəkildə ölü heyvan əti satılır, AQTA məmurları isə onu satanlardan rüşvət alaraq, buna göz yumurlar.

"Hər səhər, təxminən saat 5.00-dan-8.00-a qədər "Təzə Bazar”da ölü ətinin kilosunu 1 manatdan satırlar. Restoran və dönərxana sahibləri bu "qara nöqtənin” əsas müştərilərindəndir. Qida Təhlükəsizliyi Agentliyi bu "qara bazar”dan rüşvət alır və belə cinayətlərə göz yumur… Məncə, bu Agentliyinin fəaliyyəti ciddi nəzarətə götürülməlidir”, – Fətulayev davam edir.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az