Ərdoğan: 189 ölkə birləşib, bu ölkələri sıxışdırmalıdır!

Ərdoğan: 189 ölkə birləşib, bu ölkələri sıxışdırmalıdır!

BMT-nin 5 daimi üzvünü küncə sıxışdırmalıyıq.

Miq.Az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da jurnalistlərə açıqlamasında deyib.

"Radikal addımlar barədə hər zaman danışıram. 5 daimi üzvdən əlavə 189 ölkənin hər biri qətiyyətli addım atarsa, bu daimi üzvləri küncə sıxışdıra bilərik. Bununla bağlı yol xəritəsi var. Məsələ ilə bağlı BMT Baş Assambleyasına yazılı formada təzyiqlər, fövqəladə toplantılarla müəyyən hədəflərə nail ola bilərik”, - deyə Ərdoğan bildirib.

Qeyd edək ki, Çin, Fransa, Rusiya, Böyük Britaniya və ABŞ BMT-nin 5 daimi üzvüdür.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az