Ərdoğan ABŞ-a xəbərdarlıq etdi

Ərdoğan ABŞ-a xəbərdarlıq etdi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqtonun ticarət tariflərini artırması üçün yeni müttəfiqlər tapmaq niyyətilə bağlı Vaşinqtonu xəbərdar edib. 

Miq.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı siyasətçinin "The New York Times" nəşrində dərc olunan məqaləsində deyilir. 
Ərdoğanın fikrincə, Ankaraya qarşı birtərəfli addımlar yalnız ABŞ-ın maraqlarını və təhlükəsizliyi poza bilər. 
Türk lider ABŞ hökumətini ölkələr arasında uyğunsuzluq münasibətlərinin mövcudluğunun mümkünlüyü barədə yanlış fikirlərdən imtina etməyə çağırıb.
"Əgər birtərəfli tendensiya tətbiq edilsə, hörmətsizlik uğursuzluğa səbəb olacaq və biz yeni dostlar, müttəfiqlər axtarmalı olacağıq", - Ərdoğan bildirib. 

Bundan başqa, türk lider Türkiyə ədliyyə naziri Əbdülhəmid Gül və daxili işlər naziri Süleyman Soyluya qarşı sanksiyaları qəbuledilməz hesab edir. 
ABŞ amerikalı keşiş Endryu Bransonun həbsinə görə türkiyəli dövlət qulluqçularını "insan haqlarını kobud surətdə pozmaqda" ittiham edib. 
Avqustun 10-da ABŞ prezidenti Donald Tramp Türkiyədən idxal olunan alüminiumun ixracına tətbiq edilən rüsumun 20 faiz, polada isə 50 faiz artırıldığını elan edib. 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az