Ərdoğan: “Bir milyon günahsız insanın qatili ilə nə danışaçağıq?”

Ərdoğan: “Bir milyon günahsız insanın qatili ilə nə danışaçağıq?”
"Bir milyon günahsız insanın qatili ilə nə danışacağıq?”

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli icra başçılarının toplantısında müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlunun Suriyadakı rejimin başçısı Bəşşar Əsədlə "danışıqlara getmək lazımdır” bəyanatına münasibət bildirərkən deyib.
"Bunların məntiqi ilə ABŞ, Rusiya, İran, Fransa Suriyada ola bilər, İsrail istədiyi vaxt Suriyada hərbi əməliyyat keçirə bilər, ancaq Türkiyə orada ola bilməz. Suriyadan 700-dən çox raket atılıb. 30 minlik qoşun qurulacaq Suriyaya Türkiyə girə biməz? Bizim üçün Suriya xalqı önəmlidir, Əsəd yox. O, burada terrorçuların yerləşməsinə bais olub. Bizim üçün əsas 3,5 milyon suriyalı qardaşımızın evlərinə getmələrinə yardım etməkdir. İraq və Suriyada qurulan bütün planlar Türkiyəyə qarşıdır. Millətimiz bu böyük oyun və məsuliyyətin fərqindədir. Dedim ki, cənab Tramp terror terrorçu ilə bitməz. Ancaq bizi eşitmədilər. O zaman "siz öz yolunuza, biz də öz yolumuza” dedik”, – o vurğulayıb. (Report)
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az