Ərdoğan: Dağlıq Qarabağ problemini yalnız Rusiya həll edə bilər

Ərdoğan: Dağlıq Qarabağ problemini yalnız Rusiya həll edə bilər
Dağlıq Qarabağ problemini yalnız Rusiya həll edə bilər, ona görə də Soçidə Vladimir Putinlə bugünkü görüş zamanı bu məsələ yenidən qaldırılacaq.

Miq.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
O, daha əvvəl də V.Putinlə Dağlıq Qarabağ münaqişəsini müzakirə etdiyini deyib: "O mənə deyib ki, Rusiya bu problemin həlli üçün mümkün olan hər şeyi edir. Mən bir daha Rusiya prezidentini 5 rayonun qaytarılması məsələsinə daha diqqətli münasibət göstərməyə çağırdım, çünki bu problemi yalnız Rusiya həll edə bilər.
Mən bu gün bir daha Rusiya prezidenti ilə görüşdə bu mövzunu qaldıracağam. Belə ki, Dağlıq Qarabağ münaqişəsi bizim üçün milli məsələdir".
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az