Ərdoğan: “Meydan oxuyuruq, təslim olmayacağıq”

Ərdoğan: “Meydan oxuyuruq, təslim olmayacağıq”

"Fırtınanın səbəbi nədir? İqtisadi səbəb yoxdur. Bu, Türkiyəyə qarşı əməliyyatdır”.

Publika.az "Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Trabzon şəhərində mitinqdə çıxışında ABŞ-ın ölkəsinə qarşı hücum və təhdidlərini şərh edərkən deyib.

"Bu əməliyyatın məqsədi bütün sahələrdə Türkiyəni təslim etməkdir. Oyununuzu gördük və meydan oxuyuruq. Təslim olmayacağıq, istehsal etməyə davam edəcəyik. İşimizi genişləndirməyə davam edəcəyik. Siz dollarla üzərimizə gəlsəniz, biz başqa yollarla işlərimizə davam edəcəyik”, - Ərdoğan bildirib.

Onun sözlərinə görə, lirənin dollar qarşısında 6 lirə səviyyəsini keçməsinin nə iqtisadi, nə də mənqiqli bir izahı var.

"Türkiyə 20 il əvvəl Asiya ölkələrində yaşandığı kimi bir maliyyə böhranı ilə qarşı-qarşıyadırmı? Xeyr. ABŞ və Böyük Britaniyada olduğu kimi ipoteka böhranı ilə üzləşibmi? Xeyr. Yunanıstan kimi iflas edirmi? Xeyr. Mən iqtisadi müharibədən danışıram”, - Türkiyənin dövlət başçısı əlavə edib.

Türkiyə Prezidenti bildirib ki, terror təşkilatlarını dəstəkləyənlərlə əməkdaşlıq etmək niyyətində deyil.

"Biz bütün dünyaya ticarət müharibəsi elan edənlərə və buna ölkəmizi də cəlb edənlərə cavab verəcəyik. Biz şərəfimiz olan vətənimizi verməyəcəyik. Türkiyənin düşmənlərinin bütün fitnələri müvəffəqiyyətsizliyə məhkum edilib. Maliyyədən siyasətə qədər bütün sferalarda Türkiyəni tabe etmək istəyirlər.Təxribatlar və çevriliş cəhdlərinin köməyi ilə bunu bacarmadılar, indi onlar maliyyə vasitələri ilə istəyini həyata keçirməyə çalışırlar. Bunu inamla iqtisadi müharibə adlandırmaq olar. Biz yenidən siyasi və xain oyunla rastlaşdıq. Allah köməyilə bunun öhdəsindən gələcəyik. Güman etmək axmaqlıqdır ki, Türkiyə kimi ölkəni valyuta kursu ilə titrədə bilərlər. ABŞ sanksiyalar və iqtisadi təzyiqin köməyi ilə türk xalqını diz çökdürə bilməyəcək. Onlar türk xalqını tanımırlar, əks halda bilərdilər ki, Allahdan başqa heç kəs bu xalqı diz çökdürə bilməz. Əgər onlar bizim tariximizi oxusaydılar, onda bilərdilər ki, biz heç vaxt şantaja və təhdidlərə təslim olmuruq.", - Türkiyə Prezidenti vurğulayıb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az