Ərdoğan şərtini irəli sürdü – Baş nazirdən Ankaraya kritik mesaj

Ərdoğan şərtini irəli sürdü – Baş nazirdən Ankaraya kritik mesaj

İsveç Baş naziri Maqdalena Andersson NATO-ya üzvlüklə bağlı Türkiyə ilə danışıqların davam etdiyini və müzakirələrin bir qədər vaxt aparacağını bildirib.

Teleqraf.com xəbər verir ki, baş nazir müzakirələrin gedişində Türkiyə ilə anlaşacaqlarına ümid etdiklərini deyib.

"Bu həftəsonu Prezident Ərdoğanla gözəl və müsbət görüş keçirdim. Yaxın gələcəkdə İsveç və Finlandiya Türkiyə ilə ikitərəfli və üçtərəfli danışıqlarını davam etdirəcək, amma müzakirələr bir qədər vaxt aparacaq”, - Andersson vurğulayıb.

Türkiyə ilə danışıqları səbirsizliklə gözlədiyini söyləyən Andersson PKK-nı terrorçular siyahısına salan ilk ölkələrdən biri olduqlarını növbəti dəfə xatırladıb.

Prezident Ərdoğanın Finlandiya və İsveçin NATO-ya üzvlüyü ilə bağlı şərtləri bunlardır:

"Türkiyə nə müdafiə ehtiyaclarını ödəməkdə, nə də 40 illik terrorizmlə mübarizədə müttəfiqlərindən gözlədiyi dəstəyi ala bilib. Ölkəmiz tez-tez açıq və gizli sanksiyalara, təhdidlərə, təzyiqlərə, şantajlara məruz qalır.

NATO-da və üzvü olduğumuz beynəlxalq təşkilatlarda oynadığımız həyati rol göz qabağında olsa da, bəzi müttəfiqlərimiz hələ də sanksiyaların ləğvindən danışırlar, İsveçin bizə qarşı sanksiyalarını kənara qoya bilmərik. İpə un sərmək siyasətindən imtina edilməli, Türkiyənin haqlı gözləntiləri qarşılanmalıdır, xüsusən də terrorizmlə mübarizəsində dəstək verilməlidir, sanksiyalar ləğv edilməlidir. NATO üçün bədəl ödəyən bir ölkə olaraq səmərəsiz bəyanatlar yerinə, konkret addımlar görmək istəyirik”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az