Ərdoğandan ittiham: Adamlarınızı Əsədə göndərdiniz

Ərdoğandan ittiham: Adamlarınızı Əsədə göndərdiniz

Afrin əməliyyatı zamanı CHP sədri Kamal Kılıçdaroğlu "Afrinin mərkəzinə girməyin” dedi. Hara girəcəyimizi sizdən soruşmayacağıq. Biz Suriyaya əsgərlərimizi göndərdik, siz isə Əsədə adamlarınızı.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Ötən günlərdə Azad Suriya Ordusunun komandirlərindən biri ilə görüşdüm. Bədənində xeyli güllə, qəlpə yarası var idi. Dedilər ki, bu qəhrəman komandirin mədəsi yoxdur, bədəninin hər tərəfində qəlpə gəzdirir. Dəfərlərlə ağır şəkildə yaralanıb, amma sağalan kimi döyüşlərə qatılıb. Gördüyünüz kimi, ASO Afrində bizim əsgərlərimizlə birlikdə terrorçulara qarşı ciddi şəkildə mübarizə aparıb”, - Ərdoğan bildirib.

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az