“Ərdoğandan qorxuruq” - Gülənin 22 tərəfdarı Yunanıstana qaçdı

“Ərdoğandan qorxuruq” - Gülənin 22 tərəfdarı Yunanıstana qaçdı
Fəthullahçı Terror Təşkilatının (FETÖ) lideri Fəthullah Gülənin 22 tərəfdarı Türkiyədən Yunanıstana qaçaraq rəsmi Afinadan sığınacaq istəyib.

Teleqraf.com xəbər verir ki, bu barədə Yunanıstan mediası məlumat yayıb.
Məlumata görə, Türkiyənin Hərbi Hava Qüvvələrinin yüksək rütbəli bir zabiti Yunanıstanın Egey dənizindəki Kalimnos adasına gələrək, hazırkı Türkiyə hakimiyyətindən gizlənmək üçün siyasi sığınacaq istədikdən sonra daha 22 FETÖ üzvü bu adaya üz tutub.
Dəniz sərhədini qanunsuz yolla keçən fəthullahçılar yunan hakimiyyətinə təslim olub. Onların hamısı özlərini Gülən tərəfdarları elan edərək, Ərdoğan hakimiyyəti tərəfindən həbs olunmaqdan qorxaraq Türkiyəni tərk etmək məcburiyyətində qaldıqlarını bildiriblər.
Məlumatda qeyd edilir ki, adları açıqlanmayan 22 nəfər şəxs Yunanıstanda müvəqqəti yaşamaq üçün sənəd istəyib və bu istəkləri yerinə yetirilib.
Rəsmi Ankara Fəthullah Gülənin terrorçu qrupunu (FETÖ) 2016-cı ilin iyul ayında Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham edir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az