Ərdoğandan "Türkiyə" adıyla bağlı yeni qərar - Artıq belə yazılacaq

Ərdoğandan

Türkiyənin ixrac etdiyi məhsullar üçün "Made in Turkey” deyil, "Made in Türkiye” ifadəsi işlədiləcək.

Miq.Az xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğanın imzaladığı qərar "Rəsmi Qəzet”də dərc olunub.

Bundan əlavə yeni tərtibata görə, hər cür fəaliyyət və yazışmalarda, xüsusən də digər dövlətlər, eləcə də beynəlxalq qurum və təşkilatlarla rəsmi əlaqələrdə "Turkey”, "Turquie”, "Turkei” və buna bənzər ifadələr yerinə "Türkiye” ifadəsinin işlədilməsinə diqqət yetiriləcək.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az