Ərdoğandan yeni əməliyyat mesajı: Amerika ordusu dəstəyə gəlir? - Açıqlandı

Ərdoğandan yeni əməliyyat mesajı: Amerika ordusu dəstəyə gəlir? - Açıqlandı

ABŞ hökuməti YPG/PKK terror təşkilatının son hücumlarından sonra Türkiyə Prezidenti Prezident Rəcəb Tayyib Ərdoğanın sərhədlərdən kənarda yeni əməliyyatlara başlaya biləcəkləri ilə bağlı açıqlamasına münasibət bildirb.

Miq.Az xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays ABŞ-ın bu əməliyyatlarda Türkiyəyə dəstək verib-verməyəcəyi ilə bağlı sualı cavablandırıb.

"NATO-dakı müttəfiqimiz Türkiyəyə qarşı sərhədlərdən kənardan edilən hücumları qınayırıq. Bu hücumlarda həyatını itirənlərin ailələrinə başsağlığı verdik və atəşkəsin qorunmasının və bu sərhədlərdən kənardan edilən hücumların dayandırılmasının vacibliyini vurğuladıq. Bütün bunlarla əlaqədar olaraq çox açıq danışdıq. Əlavə olaraq, problemlərin həllində siyasi yol tapmaq üçün səylərin artırılmasının çox vacib olduğunu da bildirdik”, - Prays qeyd edib.

Türkiyənin ABŞ üçün önəmli müttəfiq olduğunu deyən Prays Vaşinqtonun Ankara ilə xüsusilə terrorizmlə mübarizə və Suriyadakı qarşıdurmaların sona çatması kimi bir çox məslələrdə ortaq maraqlarının olduğunu deyib.

ABŞ-ın Türkiyənin mümkün əməliyyatına dəstək verib-verməyəcəyi ilə bağlı suala dəqiq cavab verməyən Prays Suriya ilə bağlı Ankara ilə məsləhətləşməyə davam etdiklərini söyləyib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az