Ərdoğanın baş müşaviri istefa verdi

Ərdoğanın baş müşaviri istefa verdi

Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasında (AKP) baş müşavir Şaban Dişli vəzifəsindən istefa verib.

Miq.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 30 avqustda Ərdoğanın partiyada özün müşavir təyin etdiyi Ş.Dişli vəzifəsini uzun müddət icra edə bilməyib.

Məlumat üçün bildirək ki, Ş.Dişlinin qardaşı, Silahlı Qüvvələrin Baş Qərargahının Strateji Planlaşdırma İdarəsinin rəisi olmuş general Mehmet Dişli 2016-cı ildə hərbi çevrilişə cəhd zamanı əsas simalardan biri olub. M.Dişli hazırda həbsdədir.

Buna baxmayaraq gözlənilmədən baş müşavir təyin edilən Ş.Dişli, partiya daxilində və mətbuatda müzakirə mövzusuna çevrilmişdi.

Məhz buna görə narahatlığını dilə gətirən Ş.Dişli, təyinatına görə həm prezidentin, həm də AKP-nin təzyiq altında qalmaması üçün vəzifədən ayrıldığını açıqlayıb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az