Ərdoğanın planlaşdırdığı Qarabağ hücumu

Ərdoğanın planlaşdırdığı Qarabağ hücumu

Gürcüstan Türkiyə və Azərbaycanın yanında yer alacaq

Türkiyə, Gürcüstan və Azərbaycanın BMT Baş Assambleyasının Nyu-Yorkda açılmış sessiyasında birgə verəcəkləri bəyanat Ermənistan və Rusiya ekspertlərini ciddi narahat edib.

İstiPress-in məlumatına görə, erməniləri narahat edən məsələ iclasda Türkiyə, Azərbaycan və Gürcüstanın Qarabağ və Abxaziya üzrə vahid mövqedən bəyanatla çıxış edəcəyidir.

Eyni mövqedən çıxış barədə ildə dəfə sentyabrın 6-da Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda rəsmi bəyanat vermişdi. O vaxtlar bir çox Rusiya və Ermənistan ekspertləri bu məsələyə o qədər də ciddi fikir verməmişdilər, bunu Türkiyənin Qarabağ məsələsinə fəal müdaxilə istəyi kimi dəyərləndirmişdilər. Bəzi erməni ekspertlər hətta iddia edirdilər ki, Tehran və Moskva Türkiyənin məsələyə müdaxiləsinə icazə verməzlər.

Həm də Gürcüstan xarici işlər naziri Mixail Canelidze erməni həmkarı Edvard Nalbandyanı əmin etmişdi ki, Bakıda Türkiyə, Gürcüstan və Azərbaycan arasında imzalanmış "2017-2019-cu illər üzrə üç tərəfli sektoral əməkdaşlıq fəaliyyət planı" Ermənistan və Gürcüstanın əməkdaşlığına maneəçilik göstərməyəcək.

Amma indi vəziyyət dəyişib. Erməni ekspert Arman Vaneskeqyanın "Sputnik Armeniya”dayazdığı məqaləsinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyası Tehrandan və ya Moskvadan bu istiqamətdə səslənən bəyantaları nümayişkəranə olmasa da, səssiz tonda rədd edib:

"Beləliklə, Ankara bu gizlilklə elə irəliləyib ki, hətta Qarabağ qarşıdurması və sülh nizamlanması barədə Nyu-Yorkda BMT Baş Assambleyasında çıxış edəcək. Elə bir meydanda ki, Rusiya və İranın hətta kəskin ifadələri belə qorxusuz olacaq. Bundan başqa, İran və Rusiyanın kəskin etiraz etdiyi mövqe amerikalıların çox xoşuna gələcək”.

Təbii ki, Rusiyanın bu bəyanata sərt etiraz edəcəyi gözlənilir. Çünki ortada Abxaziya məsələsi var. Rusiya Gürcüstanın bu seperatçı bölgəsini müstəqil dövlət kimi tanımaqla yanaşı, həm də işğal altında saxlayır.

Belqrada NATO hücumu - 1999-cu il, mart
Belqrada NATO hücumu - 1999-cu il, mart

Rusiyanı işğalçı dövlət kimi tanıdan istənilən sənəd təbii ki, ABŞ-ın xoşuna gələcək. Nəticədə, Ermənistanın qərbə yaxınlaşaraq Qarabağ münaqişəsini Kosovo variantı ilə həll istəyinin üstündən xətt çəkiləcək. Əksinə, bu cür bəyanatların qərb tərəfindən dəstəklənməsi Ermənistanı da Serbiya kimi NATO koalisiyasının hədəfinə çevirə bilər. Rusiya hərbi baxımdan Serbiyanı ciddi şəkildə dəstəkləsə də, Belqrad qərbin raket atəşlərinə dözə bilmədi və müharibəni dayandırmağa məcbur oldu. Qərb qərar versə, Ermənistanı da  oxşar ssenari ilə Qarabağdan çıxmağa məcbur edə bilər. 

Bu fikir rusiyalı ekspertlər tərəfindən də üstörtülü şəkildə olsa da vurğulanır. Məsələn, Moskva Qafqazşünaslar Elmi Şurasının sədri Aleksandr Krılov "1in.am” erməni portalına müsahibəsində Ermənistanı ciddi çətinliyin gözlədiyini, Gürcüstanın Azərbaycan və Türkiyəyə qoşulma ehtimalının yüksək olduğunu bildirib:

"Əlbəttə, bunun ehtimalı yüksəkdir. Əlbəttə, iclasın başlamasına qədər Gürcüstanın BMT-dəki çıxışının necə olacağına heç kimi 100 faiz deyə bilməz, amma təkcə üç ölkənin - Türkiyə, Azərbaycan və Gürcüstanın birlikdə verdiyi Azərbaycan və Gürcüstanın ərazi bütövlüyü üzrə bəyanatı səslənsə belə, Ermənistan üçün arzuolunmaz variant alınacaq”.

Buna görə də Azərbaycan öz balanslaşmış siyasətinin vektorlarını dərinləşdirməlidir. Yəni Rusiya ilə münasibətləri optimal strateci əməkdaşlıq səviyyəsində yaxşılaşdırmaqla yanaşı, hansısa cılız məmurların anti-demokratik iddiaları üzündən Qərblə münasibətləri korlamaq olmaz. Atalar demişkən, yüz cılız oliqarx məmurun iddasındansa, ABŞ-dan gələn bir dəstək daha önəmlidir.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az