Ərəb şeyxi Londondakı əyləncə gecəsində keçindi

Ərəb şeyxi Londondakı əyləncə gecəsində keçindi
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Şarca şəhərinin başçısı Sultan bin Məhəmməd Əl-Qasıminin oğlu Şeyx Xalid bin Sultan Əl-Qasıminin Londondakı evində meyiti tapılıb.

"The Sun” qəzeti xəbər verir ki, təcili yardım briqadası şeyxin evində xeyli sayda narkotik maddə aşkarlayıb.
Mənbələr qəzetə bildiriblər ki, 39 yaşlı Qasıminin ölü halda tapıldığı evdə narkotik maddələr qəbul edilib və seks əyləncə gecəsi keçirilib.
Ehtimal edilir ki, həm də kişi geyim markasının sahibi olan Şeyx Xalid narkotik maddə qəbul etdikdən sonra qəflətən dünyasını dəyişib.
Polis faktla bağlı araşdırmaya başlayıb. (oxu.az)
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az