Erməni deputatlar Bakını tərk etdilər

Erməni deputatlar Bakını tərk etdilər
Avrones PA-nın Bakıda keçirilən konfransında iştirak edən Ermənistan Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Armen Aşotyan və deputat Mane Tandilyanın Azərbaycana rəsmi səfəri başa çatıb.

Miq.az xəbər verir ki, bu barədə Modern.az-a Milli Məclisdən məlumat verilib.
Onlar artıq Bakını tərk ediblər.
Qeyd edək ki, sentyabrın 21-də Ermənistan Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Armen Aşotyan və deputat Mane Tandilyan Bakıda keçirilən "Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə "Şərq Tərəfdaşlığı” ölkələri parlamentlərinin cəlb edilməsi” adlı beynəlxalq konfransda iştirak etmək üçün Azərbaycana gəlmişdilər. Ermənilərin Bakıya gəlişi ölkə ictimaiyyəti tərəfindən birmənalı qarşılanmamış, Qarabağ Azadlıq Təşkilatı isə buna qarşı etiraz aksiyası keçirmişdi.
Bakıda olduca yaxşı qorunan erməni deputatlar Qız qalası və bir sıra başqa yerləri gəzməyə də fürsət tapdılar.

Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az