Erməni deputatlar Milli Məclisdə

Erməni deputatlar Milli Məclisdə
Milli Məclisdə "Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə "Şərq Tərəfdaşlığı” ölkələri parlamentlərinin cəlb edilməsi” mövzusunda konfrans başlayıb

APA-nın məlumatına görə, konfrans Milli Məclis, "Avronest” Parlament Assambleyasının (PA) Sosial məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyətləri komitəsi, Əhali və İnkişaf üzrə Avropa Parlament Forumu və Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı ofisinin birgə təşkilatçılığı ilə keçirilir.
Konfransda çıxış edən MM-in "Avronest” PA-da nümayəndə heyətinin rəhbəri Fuad Muradov bildirib ki, tədbirdə qadınların sağlamlığının yaxşılaşdırılması və gender bərabərliyi üzrə qeydə alınan inkişaf göstəriciləri, qarşıya çıxan problemlər ətrafında çıxışlar və müzakirələr nəzərdə tutulur.
F. Muradov bildirib ki, Ermənistan 25 ildir, Azərbaycanın torpaqlarını işğal altında saxlayır: "Bu bizim inkişafımıza mane olan səbəblərdəndir. 1 milyon insan qaçqın və məcburi köçkündür. Onlardan 50 faizini qadın, 5 faizini isə uşaqlar təşkil edir. Bizim məqsədimiz dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində hər bir təşkilatın öz vəzifəsini yerinə yetirməsidir”.
Konfrans çıxışlarla davam edir.
Qeyd edək ki, tədbirdə Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Armen Aşotyan və deputat Mane Tandilyan da iştirak edirlər.
 
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az