Erməni deputatların Bakıya gəlməsi ilə bağlı açıqlama - “Mümkündür”

Erməni deputatların Bakıya gəlməsi ilə bağlı açıqlama - “Mümkündür”
""Avronest" Parlament Assamleyasının sentyabrın 22-də Bakıda keçiriləcək tədbirində Avropa Parlamentinin və "Avronest" Parlament Assamleyasının üzv ölkələrinin deputatları, BMT-nin nümayəndələri, Əhali və İnkişaf üzrə Avropanın Parlament Forumunun Parlamentlərarası İttifaqın təmsilçiləri və beynəlxalq ekspertlər iştirak edəcəklər. Üzv ölkə olaraq Ermənistandan olan deputatların da tədbirdə iştirakı mümkündür, amma gəlib-gəlməmələri özlərindən asılıdır. Müraciət edəcəklərsə, müraciətlərinə baxılacaq”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu "Avronest" PA-nın Bakıda keçiriləcək tədbirində erməni deputatların da iştirak edəcəyi barədə məlumatları şərh edərkən deyib.

A. Təvəkküloğlu iclasın Bakıda Milli Məclisin "Avronest” PA-dakı nümayəndə heyətinin təşəbbüsü ilə keçiriləcəyini qeyd edib.

"3 və 5-ci Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində Şərq Tərəfdaşlığı Ölkələrində qadınların sağlamlığı və gender bərabərliyinin təşviqində parlamentlərin rolu” adlı toplantı Azərbaycan Milli Məclisi, "Avronest" PA-nın Sosial Məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyəti üzrə Komitəsi, BMT-nin Bakı Ofisi və Əhali və İnkişaf üzrə Avropanın Parlament Forumunun birgə təşkilatçılığı ilə baş tutacaq", - deyə o bildirib.

Qeyd edək ki, erməni mətbuatı Ermənistanın "Avronest” PA-dakı nümayəndə heyətinin rəhbəri Armen Aşotyan və heyətin üzvü Mane Tandilyanın Bakıda keçiriləcək iclasda iştirak edəcəyini yazıb.
 
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az