Erməni general: Biz Qarabağ məsələsini həll etdik, indi isə...

Erməni general: Biz Qarabağ məsələsini həll etdik, indi isə...

Ermənilərin qarabağlılar və Ermənistan əhalisinə bölünməsi yolverilməzdir.

Bunu jurnalistlərə açıqlamasında Ermənistanın keçmiş müdafiə naziri general-leytenant Vaqarşak Arutyunyan deyib. O, bunun Ermənistanın təhlükəsizliyi üçün ciddi təhdid olduğunu bildirib.

Keçmiş müdafiə naziri həmçinin İrəvanın Azərbaycanın işğal edilmiş torpaqlarını qaytarmaq niyyətində olmadığını deyib:

"Qarabağ konflikti çox dərin problemdir. Deyə bilərəm ki, yaxın zamanlarda Qarabağ konflikti həll edilməyəcək. Biz Qarabağ məsələsini həll etmişik və hədəfimiz əldə olanları qoruyub saxlamaqdır”.

Rusiyanın İrəvana verdiyi bir neçə "İsgəndər” raketinə arxalanan Arutyunyan bildirib ki, Ermənistan Azərbaycanın hərbi və iqtisadi mərkəzlərini məhv etmək gücündədir./Axar.az/

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az