Erməni girovluğundan azad olunan Qazax sakini evə buraxılacaq

Erməni girovluğundan azad olunan Qazax sakini evə buraxılacaq
Erməni girovluğundan azad olunan Qazax rayon sakininin vəziyyəti kafidir.

Bu barədə "Report"un Qərb Mərkəzinə Qazax Rayon Müalicə və Diaqnostika Mərkəzinin baş həkimi Kamandar İbrahimov məlumat verib.
Baş həkim bildirib ki, girovluqdan azad olunan Elvin Ibrahimovun vəziyyəti kafidir: "O, Mərkəzin həkimləri tətəfindən bütün tibbi yoxlanışlardan keçərək Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda müalicəsi davam etdirilir, səhhətində ciddi problem yoxdur və yaxın günlərdə evə buraxılması nəzərdə tutulur".
Xatırladaq ki, Qazax rayonunun Yuxarı Salahlı kənd sakini, 1986-cı il təvəllüdlü Elvin İbrahimov bu il martın 16-da Ermənistan hərbçiləri tərəfindən girov götürülüb. O, Ermənistan silahlı qüvvələri tərəfindən açılan atəş nəticəsində ayağından yaralanıb.
Məlumat üçün bildirək ki, E.İbrahimov Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə aparılmış danışıqlar nəticəsində əldə edilmiş razılığa əsasən, 20 iyun 2017-ci il tarixdə Qazax rayonu ərazisində saxlanılan Ermənistan Respublikasının vətəndaşı, 1974-cü il təvəllüdlü Karapetyan Zaven Avanesoviçlə dəyişdirilərək geri qaytarılıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az