Erməni kəşfiyyatı hücuma keçdi - Düşmən diri elə keçirildi - VİDEO

Erməni kəşfiyyatı hücuma keçdi - Düşmən diri elə keçirildi - VİDEO
Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupunun ələ keçirilən üzvünün foto və videosunu yayıb.

Miq.az xəbər verir ki, görüntülərdə kəşfiyyatçı özü haqqında məlumat verib.

"Mən, Zaver Hovanis Karapetyan 16 noyabr 1974-cü ildə Noyemberyan rayonunun Dovex kəndində anadan olmuşam. Hazırda Noyemberyan rayonunun Dovex kəndində yaşayıram.

Mən kənd sakiniyəm. Pul müqabilində ödənişli döyüş növbətçiliyinə cəlb olunuram.

Əlverişsiz hava şəraitindən istifadə edərək yəni yağışlı, dumanlı və havanın qaranlıq vaxtlarından istifadə edərək, Azərbaycan Silahlı Qüvvələrinin döyüş mövqeləri istiqamətinə irəlilədik.

Məqsədimiz Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin yerləşdiyi mövqeyə basqın edərək orada olan əsgərləri öldürmək olub. Qrupumuzun tərkibində iki nəfər yaralı oldu və digərləri yaralıları götürərək erməni mövqeləri istiqamətinə qaçdılar.

Qrupun digər üzvləri yaralı olan iki əsgəri götürərək Ermənistan mövqeləri istiqamətində hərəkət etdilər. Mən qaça bilmədim. Və gizlənmək qərarına gəldim. Daha sonra Azərbaycan Silahlı Qüvvələrinin əsgərləri məni ələ keçirdilər”, - deyə o, videoda bildirir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az