Erməni lobbisi xarici ölkələrdə Serj Sarqsyana qarşı aksiyalara başlayıb

Erməni lobbisi xarici ölkələrdə Serj Sarqsyana qarşı aksiyalara başlayıb
ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində yaşayan erməni icması Serj Sarqsyanın Ermənistanın baş naziri seçilməsinə etiraz olaraq aksiya keçirib.

"Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, nümayiş iştirakçıları S.Sarqsyanın istefa verməsini və hakimiyyəti başqa şəxsə təhvil verməsini tələb ediblər.
Onlar S.Sarqsyan əleyhinə şüarlar səsləndiriblər.
Erməni lobbisinin təmsilçiləri Ermənistan polisini Yerevanda keçirilən aksiya iştirakçılarına zor tətbiq etməməyə çağırıblar. Kaliforniyadakı erməni icmasının nümayəndələri ABŞ ərazisində etiraz aksiyalarını davam etdirəcəklərini bildiriblər.
Ermənistanın Rusiyadakı səfirliyinin binası qarşısında da S.Sarqsyanın baş nazir olmasına qarşı aksiya keçirilib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az