Erməni müxalifəti yeni yürüşə hazırlaşır - Manukyan açıqladı

Erməni müxalifəti yeni yürüşə hazırlaşır - Manukyan açıqladı

Erməni müxalifəti ölkənin bütün rayonlarına gedəcək, bu məqsədlə avtomobil karvanı yürüşü təşkil ediləcək.

Miq.Az erməni mediasına istinadən xəbər verir ki, bu barədə Vətənin Xilası Hərəkatının baş nazirliyə vahid namizədi Vazgen Manukyan bildirib.

O qeyd edib ki, paytaxt İrəvanda da yürüşlər və toplantılar olacaq. Bu gün erməni müxalifəti yerli vaxtla saat 13:00-da İrəvanın "Kontinental” restoran kompleksi qarşısında toplaşacaq, buradan Masis və Artaşat rayonlarına avtomobillərlə yürüş edəcək.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az