Ermənilər hücum çəkdi- “Komsomolskaya pravda”nın redaksiyasına

Ermənilər hücum çəkdi- “Komsomolskaya pravda”nın redaksiyasına

Moskvadakı erməni diasporunun üzvləri telejurnalist və "Rosneft”in mətbuat katibi Mixail Leontyevin Ermənistanda baş verən hadisələr barədə fikirlərindən qəzəblənərək "Komsomolskaya pravda” qəzetinin redaksiyasına hücum çəkiblər. Virtualaz.org xəbər verir ki, hazırda redaksiyanın qarşısında ermənilərin sanksiyalaşdırılmamış mitinqi gedir, aksiyaçılar binaya giriş-çıxışı bağlayıblar. Hadisə yerinə polis naryadları çağırılıb.

Mixail Leontyev "Komsomolskaya pravda” radiosunun efirində çıxışı zamanı ermənilərin qərbyönümlü Nikol Paşinyanı hakimiyyətə gətirməsinə görə onların ünvanına sərt fikirlər səsləndirib. Jurnalist bildirib ki, bu Rusiyaya xəyanətdir və əgər Rusiya olmasaydı heç bir Ermənistan dövləti, nə də erməni olmazdı. Leontyev onu da deyib ki, Ermənistana görə Rusiya Azərbaycanla münasibətlərini korlamalı olub.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az