Ermənilər Naxçıvan istiqamətindəki uğurlarımızdan ciddi narahatdır

Ermənilər Naxçıvan istiqamətindəki uğurlarımızdan ciddi narahatdır

Hərbi ekspert Abuzər Əbilov: "Azərbaycan Ordusunun Naxçıvan istiqamətində əldə etdiyi uğurlar erməniləri ciddi narahat edir”

Türk ordusunun başının Suriyada anti-terror əməliyyatlarına qatıldığı bir vaxtda Naxçıvana hücum edərək zəbt etməyin əsil vaxtının olduğu barədə son zamanlar Ermənistan mətbuatında yayılan fikirlərə hərbi ekspert Abuzər Əbilov münasibət bildirib.

Miq.Az-a danışan ekspertin sözlərinə görə, Ermənistanın hərbi-siyasi rəhbərbərliyi ara-sıra absurd bəyanatlar verməklə ictimaiyyətin diqqətini bu ölkədə hökm sürən ciddi sosial-iqtisadi problemlərdən yayındırmaq məqsədini güdür. O ki, qaldı erməni tərəfinin Suriya məsələsindən istifadə edib Naxçıvana hücum edərək zəbt etməklə bağlı səsləndirdiyi fikirlərə, qeyd etməliyəm ki, əslində bu, Ermənistan rəhbərliyinin dövlət başçımız İlham Əliyevin dünən Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovla ordumuzun Naxçıvan istiqamətində mövqelərinin möhkəmləndirilməsi məsələlərinin müzakirə etməsindən irəli gələn narahatlıqlarının təzahürüdür:
 
"İşğalçı ölkənin hərbi-siyasi rəhbərliyi yaxşı bilir ki, son zamanlar ordu quruculuğu sahəsində aparılan genişmiqyaslı islahatlar çərçivəsində Azərbaycan Ordusunun digər bölmələri ilə yanaşı Naxçıvanda yerləşən Əlahiddə Ümumqoşun Ordusu da ən yeni, müasir silah və hərbi texnika ilə təchiz edilib. Əlahiddə Ümumqoşun Ordunun sərəncamında olan silahlar Ermənistan, xüsusilə də Yerevan ərazisində olan istənilən dövlət və strateji əhəmiyyətli, o cümlədən hərbi təyinatlı obyektlərin yüksək dəqiqliklə məhv edilməsinə imkan verir. Erməni tərəfi bilməlidir ki, bugünkü Azərbaycan Ordusu nəinki Naxçıvanı müdafiə etməyə, hətta Zəngəzuru və bu gün Ermənistan ərazisində yerləşən digər işğal olunmuş torpaqlarımızı da azad etməyə qadirdir.

Günnüt əməliyyatı zamanı əldə edilən nailiyyətlər bir daha əyani şəkildə sübut etdi ki, Əlahiddə Ümumqoşun Ordusunun bölmələri Naxçıvan istiqamətində istənilən əməliyyatı ən yüksək səviyyədə həyata keçirə bilər. Ermənistan hakimiyyəti çox yaxşı anlayır ki, Günnüt əməliyyatından sonra bölmələrimiz bu ölkənin hansı ərazilərinə və strateji əhəmiyyətli magistral xətlərinə nəzarəti ələ keçirib. Bu baxımdan onların narahatlıqları anlaşılandır”, - deyə hərbi ekspert bildiridi.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az