Ermənilər Şuşa məscidinin tarixi simasını dəyişirlər – FOTOLAR

Ermənilər Şuşa məscidinin tarixi simasını dəyişirlər – FOTOLAR

Ermənilərin Azərbaycana qarşı apardığı işğalçı siyasət mədəniyyət sahəsində də özünü göstərir.


Modern.az xəbər verir ki, ermənilər işğal altında saxladıqları Şuşa şəhərində yerləşən tarixi Yuxarı Gövhər Ağa məscidinin rekonstruksiyası adı ilə məscidin görünüşünü dəyişirlər.

İranın "Part Saman Jahan” memarlıq şirkətinin iştirakı və erməni əsilli Rusiya biznesmeni Ruben Vardanyanın "İDEA” fondunun maliyyə yardımı ilə aparılan işlər məscidin xarici görünüşünü tamamilə dəyişib.

Xatırladaq ki, Yuxarı Gövhər Ağa məscidi 1883-cü ildə inşa olunub. Məscidin memarı Kərbəlayi Səfi Xan Qarabaği olub.

 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az