Ermənilər tələb etdi, nazirlik açıqladı: Qarabağda 1 ölü, 3 yaralı

Ermənilər tələb etdi, nazirlik açıqladı: Qarabağda 1 ölü, 3 yaralı

Ermənistanda ictimaiyyətdən hərbi qulluqçuların ölümü ilə bağlı informasiyanı gizlədən Müdafiə Nazirliyi ətrafında qalmaqal davam edir.

Bu barədə "Haqqın.az” saytı yazıb.

Ermənistan mətbuatı müqavilə əsasında xidmət aparan hərbi qulluqçu Edqar Qriqoryanın Yeni il axşamı ölməsi ilə bağlı məlumatı öyrəndikdən sonra Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan əsgər ölümlərinin gizlədildiyini etiraf edib. Bu addım erməni ictimaiyyətinin qəzəbinə, eyni zamanda mətbuatda Paşinyan hökumətinin kəskin tənqidinə səbəb olub.

Bütün bunlardan dərhal sonra Ermənistanın İstintaq Komitəsi Yeni il gecəsi işğal altındakı Dağlıq Qarabağda daha bir neçə əsgərin də yaralandığını açıqlayıb.

"Qumbara ilə münasibətdə təhlükəsizlik qaydalarının pozulması nəticəsində Qarabağdakı mövqelərdən birində bir neçə hərbi qulluqçu yaralanıb. Hadisə dekabrın 31-də saat 03:50-də baş verib. Hadisə nəticəsində S.Torosyan, M.Manukyan və A.Marabyan yaralanaraq hərbi hospitala çatdırılıblar”, - Ermənistan İstintaq Komitəsinin məlumatında deyilir./Axar.az/

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az