Ermənilər uzun sürən daxili çəkişmələrə sürüklənə bilərlər-Hərbi ekspert

Ermənilər uzun sürən daxili çəkişmələrə sürüklənə bilərlər-Hərbi ekspert

Nazim Bayram, Qarabağ Qazisi
Hərbi ekspert

Ermənistanda siyasi böhrandan çıxış yolları qeyri-müəyyən qalır. Paşinyanı küçədən parlamentə gətirə bildilər. Bununla mübarizəni konstitutsiya çərçivəsinə qaytarmağa çalışırlar. Mayın 1-də parlamentdə baş nazir seçkisidi. Ancaq Nikola görür ki, parlament tərəfindən seçilməsi müşküldü, ona görə küçə resursunu səfərbər saxlayır.
Baxmayaraq ki, daxildə ictimai-siyasi vəziyyət hər an dəyişir, Azərbaycan XİN-in "yeni sağlam qüvvələrlə sülh danışıqlarına hazır olduğumuz" bəyanatı erməni mətbuatında həftənin ən oxunan xəbərləri arasında qalmaqdadır. 

Erməni cəmiyəti müharibənin başlanmasından çox narahatdı. Nalbandyan Lavrov görüşünün əsas mövzusu, bildirildiyinə görə, münaqişə zonasında vəziyyətin müzakirəsi olub. Azərbaycanın müharibəyə başlamasına bu görüşlərin ya Rusiyanın və ümumən xarici mərkəzlərin real təsiri olduğundan artıq qiymətləndirməyə meyilli deyiləm. Bu kontekstdə əsas Ermənistanda daxili vəziyətdir. 

Düşmən dövlətdə qarışıqlıq "geriqayıtmama" nöqtəsinə çatmayıb, xarici təhlükəyə qarşı hələ ki, ermənilik tez zamanda səfərbər oluna bilər. Ancaq hakimiyyət böhranı nisbətən dinc həll olunsa belə, sonrakı mərhələdə real hakimiyətin, nüfuzun və resursların oturuşmuş klanlar arasında və yeni iddiaçıların da iştirakı ilə yenidən bölünməsi dərin sistem və maraq ziddiyətlərini üzə çıxaracaq. Nəticədə, növbəti mərhələdə, ermənilər uzun sürən daxili çəkişmələrə sürüklənə bilərlər. Bu mərhələ cəmiyətə inqlabdan məyusluq gətirir, insanlar özlərini aldadılmış hesab edirlər və apatiya yaranır. Bu prosesə mane olmamalıyıq. Vəziyyət tam yetişməlidi.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az