Ermənilər Yerusəlimə iddialarını rəsmən bildirdilər: Yəhudi-erməni davası ola bilərmi?

Ermənilər Yerusəlimə iddialarını rəsmən bildirdilər: Yəhudi-erməni davası ola bilərmi?

Ermənilərin özgə torpaqlarına iddiaları yeni məsələ deyil. Əsrlərdir ki, nəsildən nəsilə ötürülən xəstə ideoloji təfəkkürlə Asiya, Avropa, Afrika qitələrində yerləşən dövlətlərin ərazilərinə iddia etdiklərini  həmişə dilə gətiriblər. Ümumiyyətlə, Yer kürəsində canlı deyilən ilk məxluq olmaları, Misir ehramlarını ermənilərin tikdiyini, İngiltərənin paytaxtı Londonun, Kiyev Rus dövlətinin əsasını qoyduqlarını, Aralıq dənizindən Xəzər də daxil olmaqla ərazilərə, bütün Türkiyəyə, qədim Mesapotomiyanın çöllərində yaranmış dövlətlərin ərazilərinə iddiaları artıq dünya xalqlarında gülüş doğurur.

Bu gün Ermənistan Xarici işlər naziri Zohrab Mnatsakanyanın Van zəlzələsindən ölənlərlə əlaqədar başsağlığında Türkiyənin adını çəkməməsini, Vanı Ermənistan ərazisi sayması, bütün Türkiyəni tanımaması kimi dəyərləndirilib və qələbə kimi qiymətləndiriblər. Bu heç, bu köhnə iddiadır. Bu gün ermənilər yeni bir əraziyə iddialı olduqlarını,  elə həmən Mnatsakanyanın bəyanatı ilə elan ediblər. 
 
Bu gün Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan Slovakiyanın xarici işlər naziri ilə bərabər verdiyi mətbuat konfransında İsrailin Yerusəlim şəhərinə iddialı olduqlarını elan edib. Yerusəlimin gələcək statusu ilə bağlı verilən suala Mnatsakanyan belə cavab verib:

"Ermənistan Yerusəlimin statusu ətrafında baş verən hadisələri xüsusi diqqətlə izləyir, bu, ermənilərin Müqəddəs şəhərdə çoxəsrlik mövcudluğu, zəngin erməni tarixi və mədəni irsi, həmçinin Erməni Apostol Kilsəsinin bu müqəddəs yerlərin kilsələrindən biri olması ilə bağlıdır. Ermənistan hesab edir ki, Yerusəlimin son statusu maraqlı tərəflər arasında aparılan danışıqlar nəticəsində müəyyən edilməlidir və o maraqlı tərəf həm də Ermənistandır”.
 
Məsələyə şərh verən siyasi təhlilçilərin yazdıqlarını olduğu kimi təqdim etməkdə fayda var. Bununla da, erməninin iddialarının sərhəddi olmadığını, qaraçı köçü kimi dünyanın hər yerində bir daxma tikəndə oranı erməni əraziləri bilməsinin bir xəstəlik kimi bu millətin qanına işlədiyini bir daha göstərmək zəruridir. Ermənilər yazır:

"Erməni Məhəlləsi  köhnə Yerusəlim şəhərinin dörd  ən kiçik məhəllələrindən biridir və Köhnə Şəhərin bütün ərazisinin 14% -ni təşkil edir. Erməni Patriarxlığı VII əsrdə qurulmuşdur. Yerusəlimdəki Müqəddəs  İlahi məbədin idarəedilməsi hüququ Yunan Provaslav Yerusəlim Patriarxlığına,  Erməni Apostol Kilsəsinin Yerusəlim Patriarxlığına və Fransiskanların Katolik ordeninə aiddir.

Yerusəlimin statusu erməni amili nəzərə alınmadan müəyyən edilə bilməz - bu, Ermənistan xarici işlər nazirinin bugünkü cavabında əksini tapıb. Bu mesaj Yaxın Şərqdəki hadisələrin fonunda son dərəcə aktualdır. Xüsusilə ABŞ Konqresi və Suriya parlamenti tərəfindən erməni soyqırımını tanıdıqdan sonra erməni amili bölgədə əsas amilə çevrilməkdədir.

Zöhrab Mnatsakanyanın bu gün Van və Yerusəlimlə bağlı istinadları, erməni etnosunun sərhədlərini müəyyən edir və indiki formal sərhədlər ermənilər üçün az əhəmiyyət kəsb edir”.
 
Açığı, heç də hamar olmayan İsrail-Ermənistan münasibətlərinin bu bəyanatdan sonra hansı istiqamətdə inkişaf edəcəyi maraq doğurur. Azərbaycan diplomatiyasının manevrlərinə ehtiyac var.../moderator.az/

İlham İsmayıl


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az