Ermənilərdən Şuşa ilə bağlı təxribat - Qarşıdurma gözlənilir (FOTO)

Ermənilərdən Şuşa ilə bağlı təxribat - Qarşıdurma gözlənilir (FOTO)
Rusiyadakı erməni diasporu Azərbaycana qarşı növbəti təxribata əl atıb.

Miq.az "Report"a istinadən xəbər verir ki, erməni diasporu tərəfindən Moskvada Şuşanın "işğaldan azad edilməsi ildönümü"nə həsr olunmuş tədbir keçiriləcək.
Tədbir barədə məlumat sosial şəbəkələrdə yayılıb.
"Erməni diasporunun Azərbaycana qarşı təxribat hazırlığı ilə bağlı müvafiq dövlət strukturlarına müraciət olunub", - bunu "Report"un Rusiya bürosuna açıqlamasında "Moskvanın Azərbaycan İcması" Təşkilatının rəhbəri Şamil Tağıyev bildirib.
Onun sözlərinə görə, məsələ ilə bağlı Rusiyanın asayiş keşikçilərinə məlumat verilib. Nəzərə çatdırılıb ki, bu, Moskvada Ermənistan və Azərbaycanın ictimai fəalları arasında qarşıdurmaya gətirib çıxara bilər.
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az