Ermənilərin xüsusi təyinatlı kəşfiyyat qrupu NECƏ MƏHV EDİLDİ

Ermənilərin xüsusi təyinatlı kəşfiyyat qrupu NECƏ MƏHV EDİLDİ

Qısa müddətli aprel müharibəsinin ağrılarını Ermənistan ordusu hələdə həzm edə bilmir. Bu müharibədə  Azərbaycan ordusunun ən böyük uğurlarından biri də Ermənistan ordusunun 18-ci motaatıcı divizyasının xüsüsi təyinatlı kəşfiyyat qrupunun böyük hissəsini  məhv etməsidir.
News12.az saytının araşdırma qrupu aprel hadisələri zamanı Ermənistan ordusunun xüsusi təyinatlı kəşfiyyat qrupunun necə məhv edilməsi barədə ilginc məlumatlar əldə edib. Araşdırmalardan belə məlum olur ki, Aprel ayının 4-də Azərbaycan ordusu əks -hücüma keçərək ermənilərin möhkəmləndiyi iki əsas strateji nöqtəni ələ keçirdir.
Düşmən çaşqınlıq içərisində geri çəkilmək istəyərkən 3 tərəfdən ordumuzun mühasirəsinə düşür. Polkovnik Ararat Melkumyanın rəhbərlik etdiyi, ermənilərin çox güvəndiyi bu qrupun 5 üzvü ordumuzun əsgərləri tərəfindən mühasirəyə alınaraq tək –tək məhv edilir. Qalanları isə vahimə içərində geri çəkilməyə məcbur olur.
18-ci motaatıcı divizaynın xüsusi təyinatlı  kəşfiyyat qrupunun komandir müavini  Levonun xatirələrindən:
"Aprelin 2-də biz həyacan siqnalı ilə ön cəbhəyə gəldik. Düşmən bizim iki mövqeyimizi ələ keçirmişdi. Biz axşama qədər döyüşdük.Hər şey bir anın içində baş verdi. Onların 3- də peşəkar idi. Xüsusilə ilə Nver Simonyan peşəkar snayper idi. Azərbaycan əsgərinin yaxın məsafədən onları bir qumbara atəşi ilə öldürməsini hələdə anlaya bilmirəm”.  

Qeyd edək ki, bu döyüş zamanı Azərbaycan ordusu tərəfindən Ermənsitan ordusunun 18-ci motaatıcı divizyasının xüsüsi təyinatlı kəşfiyyat qrupunun  5 üzvü: Mayor Maksim Qriqoryan,  Masis Tovmasyan, Kəşfiyyatçı-snayper Nver Simonyan, Xarib Saakyan, Baş Leytenant Azanaur Balayan məhv edilib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az