Ermənistan-Azərbaycan əlaqələri bərpa olunur? – PAŞİNYANDAN ŞOK

Ermənistan-Azərbaycan əlaqələri bərpa olunur? – PAŞİNYANDAN ŞOK

Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla dövlətlərarası münasibətlərin tədricən normallaşması prosesindən danışıb.

Miq.Az xəbər verir ki, o, bu məsələyə Rusiyanın TASS agentliyinə müsahibəsində toxunub.

Jurnalistin "Birgə bəyanatda bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokadadan çıxarılması öhdəliyi qoyulur. Bu, Azərbaycanla dövlətlərarası münasibətlərin tədricən normallaşması üçün başlanğıc nöqtəsi sayıla bilərmi?” sualına Ermənistan rəhbərinin cavabı belə olub:

"Bu, çox vacib bir məqamdır və düşünürəm ki, yaxın gələcəkdə buna diqqət yetirməliyik. Çünki təkcə Ermənistanda deyil, bütün bölgədə iqtisadi sabitləşmədən danışarıqsa, konkret addımlar atmalıyıq. Ermənistanda yaranan iqtisadi vəziyyətdən danışırıq.

Əlbəttə, nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması ilə bağlı mövcud olan siyasi razılaşma yalnız bölgədəki iqtisadi vəziyyətin deyil, eyni zamanda regionumzudakı iqtisadi inkişafın bütün məntiqinin dəyişdirilməsi üçün başlanğıc nöqtəsi ola bilər. Ümid edirəm ki, ortaq bəyanatda yer alan siyasi razılaşmaları həyata keçirə biləcəyik. Xüsusilə iqtisadi infrastrukturun, dəmir yolları və sairin blokadadan çıxarılmasını nəzərdə tuturam”.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az