Ermənistan DƏHŞƏT İÇİNDƏDİR: Paşinyana lənət oxuyurlar... - FOTO

Ermənistan DƏHŞƏT İÇİNDƏDİR: Paşinyana lənət oxuyurlar... - FOTO

"Paşinyan, sən əclafsan! Təki sənin oğlun tezliklə ölsün!”.

Publika.az xəbər verir ki, bu sözləri erməni Melan Xaçatryan adlı istifadəçi feysbukda Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətindəki gecə döyüşləri barədə yazarkən qeyd edib.

O bildirib: "Bizim övladlarımızı artilleriya döyüşünə atdın. Bu, bilirsən nə deməkdir? O deməkdir ki, bu cür də cavab verilir və bizim də itkilərimiz var”.

Xaçatryan qeyd edib ki, əmisinə zəng vurub və o, sərhəd istiqamətinə 8 təcili yardımın getdiyini bildirib: "Deyir ki, 14-ə yaxın döyüşçümüz ölüb. Səni lənətə gələsən, Paşinyan!”

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi ordunun itki vermədiyini bildirib və cəbhədəki məlumatları gizlədir. Nazirliyin mətbuat katibi isə sadəcə 2 polisin yüngül xəsarət aldığını açıqlayıb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az