Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri istefaya gedə bilər

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri istefaya gedə bilər
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Venetsyan internetdə Xüsusi İstintaq Xidmətinin sədri Sasun Xaçatryanla telefon söhbətinin yerləşdirilməsindən sonra öz vəzifəsini tərk etməyə hazırdır. Xatırladaq ki, həmin telefon söhbətində tərəflər ölkənin keçmiş prezidenti Robert Köçəryan və KTMT-nin fəaliyyətdə olan baş katibi Yuri Xaçaturov barəsində cinayət işlərindən danışıblar.

Virtualaz.org "İnterfaks”a istinadla xəbər verir ki, bu barədə A.Venetsyan keçirdiyi mətbuat konfransında deyib.
"Bu vəzifədən tutub dayanmamışam. Vəzifəyə böyük məsuliyyətlə gəlmişəm və görüləcək çox iş var. Lakin ictimaiyyət və ya siyasi rəhbərlik belə tələb irəli sürərsə, getməyə hazıram”, – MTX başçısı deyib.
Vanetsyan bildirib ki, audioyazının yayımlanmasında məqsəd hər iki xüsusi xidməti zəiflətmək və 2008-ci ilin mart ayının 1-i baş vermiş hadisələrin araşdırlmasının yarımçıq saxlanmasıdır.
"Bizim iradəmiz və qərarlığımız var və bu işi sona çatdıracağıq”, – Vanetsyan deyib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az