Ermənistan ordusunun zabitləri HƏRBİ SİRLƏRİ Azərbaycana vermək istəyir – ŞOK FAKTLAR

Ermənistan ordusunun zabitləri HƏRBİ SİRLƏRİ Azərbaycana vermək istəyir – ŞOK FAKTLAR

Tanınmış hərbi ekspertdən ilginc iddia, düşmən ordusu haqda şok faktlar açıqladı

"Son zamanlar eşitdiyim bir məlumatı sizinlə bölüşməyi özümə borc bilirəm. Həqiqətən bu məlumat ilk növbədə məndə gülüş yaratsa da, sonda həqiqətən də Ermənistan Silahlı Qüvvələrinin şəxsi heyəti arasında acınacaqlı vəziyyətin hökm sürdüyü qənaəti yaratmışdır. Belə ki, əsasən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində xidmət aparan erməni hərbiçilər arasında öz dövlətlərinə qarşı inamsızlıq yaranmışdır." 

Bu sözləri hərbi ekspert Üzeyir Cəfərov açıqlamasında bildirib: 

"Mütəmadi olaraq onlara verilən vədlərin yeinə yetirilmədiyini görən bir sıra hərbiçi maraqlı taktikaya əl atmışdır. Hərbi kontingent arasında olan mötəbər mənbələrdən əldə etdiyim məlumata görə, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan Respublikası ərazilərində xidmət aparan hərbçilər mülki tanışları vasitəsilə (birbaşa kontaktlardan ehtiyat etmələri səbəbindən) mütəmadi ticarət məqsədilə Ermənistan Respublikasına səfər edən əcnəbilər ilə tanışlıq münasibətləri quraraq sonradan onlardan azərbaycanlı hərbçi tanışlarının olub-olmamasını maraqlanmış, müsbət hallarda onlar maddi vəziyyətlərini yaxşılaşdırmaq məqsədilə malik olduqları hərbi məlumatları Azərbaycan tərəfi ilə bölüşməyə hazır olduqlarını və bu zaman qarşı tərəfdən konspirasiyanın qorunmasını xahiş etmişdir."

 
Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərovun sözlərinə görə  erməni hərbçilərinin əsas tələbləri məlumatları birbaşa Azərbaycan tərəfinə deyil, 3-cü şəxslər vasitəsilə ötürməyi, eyni zamanda əvəz olaraq veriləcək pul mükafatını əlbəəl yox, şübhə yaratmamaq məqsədilə başqa ölkə ərazisindən bank kartlarına köçürmə yolu ilə ödənilməsindən ibarət olmuşdur:

"Bu minvalla bir neçə hərbçi əcnəbilər vasitəsilə Azərbaycan tərəfinə niyyətlərini bildirmiş, hətta özləri barədə məlumatlar təqdim edərək ciddi olduqlarını göstərməyə çalışmışdır. Lakin Azərbaycan tərəfi bütün bu qeyd olunan halları qeyri ciddi əməl kimi qiymətləndirmişdir. Hazırda mötəbər mənbələr vasitəsilə həmin erməni hərbçilər barədə əlavə məlumatlar əldə etməyə çalışıram və düşünürəm ki, həmin "könüllü təşəbbüskarlar” barədə əldə ediləcək məlumatlar mənə və oxucularımıza da maraqlı olacaqdır".

P.S. Yeri gəlmişkən onu da xüsusi olaraq vurğulamaq istərdik ki, bir müddət bundan əvvəl də Ermənistan tərəfinin cəbhənin Tərtər və digər istiqamətində ordumuzun bəzi hərbçiləri ilə müəyyən maraqlar müqabilində təmasları qurmaları, buna cəhdlər haqqında sosial media üzərindən məlumatlar ictimailəşmişdi.

Tanrı Azərbaycan Silahlı Qüvvələrini qorusun!
 
Redaksiyadan: Hərbi ekspert  növbəti açıqlamasında faktlarla (sənəd və fotoşəkillərlə) bu mövziya bir də qayıdacağını bildirdi.
 
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az