Ermənistan Rusiyanı ŞANTAJ EDİR-“İsgəndər” OTR kompleksləri və Su-30 təyyarələrinin ötürülməsi

Ermənistan Rusiyanı ŞANTAJ EDİR-“İsgəndər” OTR kompleksləri və Su-30 təyyarələrinin ötürülməsi

İlqar Əliyev
Ehtiyatda olan polkovnik

Son zamanlar Azərbaycanın kütləvi informasiya vasitələrində tez-tez bəzi politoloqların və hərbi ekspertlərin "Rusiya-Ermənistan əlaqələrinin gərginləşməsi Azərbaycana necə təsir edəcək" mövzusunda şərh və çıxışlarına rast gəlinir. Bu fikirlərin heç birinin analitik dayağı və məntiqi isbatı yoxdur. Düzdür, bu bizə cüzi və müvəqqəti təsir edə bilər. Amma köklü dəyişikliyə inanmıram.

Rusiya Qafqaza gəldiyi dövrdən Ermənistanı ermənilərin "qara qaşına gözünə və uzun burnuna görə” yaratmayıb. Hər zaman Ermənistanı öz müstəmləkəsi və ayrılmaz hissəsi kimi qəbul edib.
Ermənilər öz keçmişlərini və tarixlərini unutmurlar. Anlayırlar ki, Rusiyasız Ermənistan yox kimi bir şeydir. Bu kontekstdə necə olur olsun Rusiyanın ətəyindən bərk yapışacaqlar. Eyni zamanda Rusiya da Qafqazda öz təsirini itirmək istəmir və tarix boyu qanı və pulu bahasına əldə etdiyi "ZİPPO” brend alışqanını kiməsə vermək arzusunda deyil. Sual edilə bilər, niyə bəs "ZİPPO” alışqanı? Çünki bu alışqanın başından qapaz vurulmayınca sönmür. Rusiya bu alışqanla Gürcüstanın (Baqramyan batalyonları) vasitəsi ilə Abxaziya və Cənubi Osetiya bölgəsinə, Azərbaycanda isə Qarabağa od vurdu.

Hesab edirəm ki, bu gün Ermənistandakı anti-Rusiya çağırışları boğazdan yuxarı bağırtıdır və Ermənistanın xüsusi xidmət orqanlarının fəaliyyətinin nəticəsidir. Burada iki məqsəd var: tutar qatıq, tutmaz ayran. Birinci məqsəd siyasi filört vasitəsi ilə Avropadan daha çox maliyyə dəstəyi qoparmaq, ikincisi isə Rusiyanı şantaj etməklə etibarlı hərbi dəstəyə nail olmaq, daha çox silah-sursat əldə etməkdir. 

Rusiya anlayır ki, Qarabağ problemi fərq etməz, hansı tərəfin xeyrinə həll olunsa, o, Ermənistanı itirəcək və "ZİPPO” başqa ələ keçəcəkdir. Bununla Moskva Ermənistana lazım olmayacaq. Bu səbəbdən də Rusiya Qarabağ probleminin həllində maraqlı deyil.

Şantajın digər məqsədi də Rusiya tərəfindən Ermənistana ikinci "İsgəndər” OTR komplekslərinin və Su-30 təyyarələrinin ötürülməsini sürətləndirməkdir. Hansı ki, son vaxtlar bu mövzuda Rusiyanın tərəddüd etdiyi görünür.

Amma yenə də, "Rusiya-Ermənistan əlaqələrinin korlanmasının Azərbaycanın xeyrinə olacaq və müharibənin başlanmasına zəmin yaradacaqı” fikri ilə yaşamaq da sadəlövhlük və absurddur. Azərbaycan hər an müharibəyə başlamaq iqtidarındadır və buna onun iqtisadi və hərbi gücü imkan verir.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az