Ermənistan Rusiyaya xəyanətə hazırlaşır

Ermənistan Rusiyaya xəyanətə hazırlaşır
İlin sonuna radikal qərarlar gözlənilir

İki stulda oturmaq rahatdırmı? Ermənilər bunu sınaqdan keçirmək istəyirlər.
"Biz Avropa Birliyi ilə tərəfdaşlıq barədə sazişin bağlanmasına doğru gedirik”.  Bu barədə jurnalistlərə respublikanın baş naziri Karen Karapetyan bildirib. "Mən buna hansısa bir mane görmürəm”, - deyə Ermənistan baş naziri əlavə edib.
Yada salaq ki, Ermənistan hələ 2015-ci ilin yanvar ayından Rusiya tərəfindən yaradılmış Avrasiya İttifaqına daxil olub. İki ay qabaq isə Gömrük İttifaqına girməyə hazır olduğunu bəyan edib. 
Görəsən, Avropa Birliyi ilə Avrasiya İttifaqı bir-birinə necə uyğun gələcək? Bəzi ekspertlər hesab edir ki, İrəvan Moskvadan xeyir-dua alıb. Belə çıxır ki, Moskva artıq bu respublikaya harasa izsiz yoxa çıxan çox milyonluq kreditlər verməkdən bezib. 
Bəziləri düşünür ki, Ermənistan hakimiyyəti müstəqillik göstərmək və ölkəyə çatışmayan maliyyə vəsaitlərini Avropadan almaq niyyətindədir. Sonucda nə alınır? Belə çıxır ki, Ermənistan həm Avropa Birliyinə, həm də Avrasiya İttifaqına üzv olacaq?.. 
İrəvanda belə hesab edirlər ki, Ermənistan Avropa Birliyi ilə Şərq tərəfdaşlığı barədə sazişi bu ilin sonuna kimi bağlayacaq. //İstipress.com
 
Miq.az
 





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az