Ermənistana qaz nəqli dayandırıldı

Ermənistana qaz nəqli dayandırıldı
 Rusiyadan Ermənistana təbii qazın nəqli dayandırılıb.

"Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, məlumatı "Qazprom Armeniya” şirkətinin mətbuat xidməti yayıb.
Bildirilib ki, sentyabrın 24-dən 26-dək ölkəyə qaz verilməyəcək. Gürcüstanın Qaznəqliyyatı şirkəti "Qazprom Armeniya”nı məsələ ilə bağlı məlumatlandırıb. 
Məlumata görə, Şimali Qafqaz-Cənub Qafqaz qaz kəmərində təmir-bərpa işləri aparıldığından mavi yanacağın nəqli müvəqqəti olaraq dayandırılıb.
Qeyd edək ki, bu xətt vasitəsilə Rusiyadan Ermənistana qaz ötürülür. 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az