Ermənistanda bayramdır: Rusiya çökür

Ermənistanda bayramdır: Rusiya çökür

Azərbaycan Qarabağı birdəfəlik itirə bilər

Rusiya "Qazprom”unun gəlirlərinin birinci yarımildə 11 dəfə aşağı düşməsi Ermənistan mətbuatı tərəfindən sevinclə qarşılanıb.

İstiPress-in məlumatına görə, məsələyə xüsusi analitik məqalə həsr etmiş populyar erməni saytı "1in.am” bunu Ermənistanın gələcəyi baxımından müsbət xəbər kimi dəyərləndirib.

"Bu bizdən ötrü, şəksiz, yaxşı xəbərdir, çünki Millierin idarəsi Ermənistanda Rusiya işğalının rəmzidir. Cari ilin ikinci yarısında və gələn il "Qazprom”un vəziyyəti daha da ağır olacaq. Çünki Rusiyaya qarşı qoyulmuş Amerika sanksiyalarının ilk nəticələri artıq noyabr-dekabrda özünü göstərəcək. "Qazprom”un iflası - Putin imperiyasının sonunun başlanğıcıdır, bu isə Ermənistanın azad olunması üçün real imkandır”,- deyə məqalədə vurğulanır.


Əslində, bu, erməni nankorluğundan başqa bir şey deyil. Erməni portalının iflasından sevinclə danışdığı "Qazprom” şirkətinin Ermənistan büdcəsinə illik ödənişləri 100 milyon dolları keçir. Ermənistan milli statistika xidmətinin məlumatına görə, 2017-ci ilin birinci yarısında "Qazprom Armeniya" şirkəti Ermənistanın ən iri vergi ödəyicisi sayılıb - dövlət büdcəsinə 24,46 mlrd. dram (51 milyon dollar) ödəyərək bir il qabaqkı göstəricisini 9,1%  arxada qoyub. Bu, yarım ildə 378,4 mlrd. dram (795 milyon dollar) olmuş vergi ödənişlərinin əhəmiyyətli hissəsidir.
"Bu bizdən ötrü, şəksiz, yaxşı xəbərdir, çünki Millierin idarəsi Ermənistanda Rusiya işğalının rəmzidir. Cari ilin ikinci yarısında və gələn il "Qazprom”un vəziyyəti daha da ağır olacaq. Çünki Rusiyaya qarşı qoyulmuş Amerika sanksiyalarının ilk nəticələri artıq noyabr-dekabrda özünü göstərəcək. "Qazprom”un iflası - Putin imperiyasının sonunun başlanğıcıdır, bu isə Ermənistanın azad olunması üçün real imkandır”,- deyə məqalədə vurğulanır.

Təbii ki, məsələ ilə bağlı anonim məqalə yazmış "1in.am” da bunu bilir. Lakin məqalənin Ermənistanda "çox vektorluluq” adlanan iki başlı siyasət tərəfdarlarının sifarişi ilə yazıldığı anlaşılır. Bu siyasətin tərəfdarları 1990-cı illərdə Azərbaycanın hazırlıqsız olmasından yararlanaraq Rusiyanın dəstəyi ilə işğal etdikləri torpaqları Amerikanın yardımı ilə sənədləşdirmək istəyirlər.  

Madrid prinsiplərinə əsasən Azərbaycanın işğal olumuş ərazilərinin mərhələli şəkildə azad olunması
Madrid prinsiplərinə əsasən Azərbaycanın işğal olumuş ərazilərinin mərhələli şəkildə azad olunması

Qısası, erməni politoloqlarının və KİV-lərinin əksəriyyəti bu fikirdədir ki, münaqişəyə Kosovo variantı tətbiq etməklə nəinki keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətini (DQVM), hətta işğal edilmiş ətraf rayonları da ələ keçirmək mümkündür. Sadəcə, bunun üçün Ermənistan ABŞ-ın və NATO-nun dəstəyini qazanmalıdır. Buna görə işğal edilmiş Azərbaycan torpaqlarının bir qisminin - 5 rayonun mərhələli geri qaytarılmasını nəzərdə tutan Madrid prinsiplərinin əleyhinə çıxırlar və status-kvonun möhkəmləndirilməsinə çalışırlar.

Ermənistanın Gürcüstandakı NATO təlimlərinə qoşulması da bununla bağlıdır. Ermənistanda Rusiya əleyhinə hərəkat buna görə belə vüsət alıb və hətta keçən ilin yayında 82 faizə yüksəlmişdi. 

Lakin bəzi erməni ekspertlər erməni ictimai fikrinin Van üsyanının baş verdiyi 1915-ci ildə olduğu kimi bu dəfədə yanıldığını vurğulayır. Məsələn, erməni politoloq Hayk Martirosyan  "1in.am”a  verdiyi müsahibəsində Ermənistanın Gürcüstandakı NATO təlimlərinə qoşulmasını şərh edərək bunu mənasız cəhd adlandırıb. Onun sözlərinə görə, Amerika indiki vəziyyətdə Qarabağ münaqişəsinin Minsk qrupu formatından kənarda həll etməkla bağlı hansısa bir cəhd  etmək imkanında deyil:

"Ağ evin üstünü qara buludlar alıb və gərgindik o qədər yüksəkdir ki, xarici siyasətlə məşğul olmağa vaxt yoxdur. Hətta Dövlət Departmentinin daxilində vəziyyət sakit deyil, belə şəraitdə üçüncü dünya ölkələri ilə bağlı müəyyən funksiyasızlıq müşahidə olunur. Ermənistan isə artıq dördüncü dünya ölkəsidir. Mən düşünmürəm ki, indi orda kimsə oturub Qarabağ münaqişəsini necə həll etmək barədə düşünür”,- deyə Hayk Martirosyan vurğulayıb.

Beləliklə, ermənilər 1915-ci ildə Osmanlıya qarşı etdikləri səhvləri indiki hamiləri Rusiyaya qarşı da etməyə doğru gedirlər. Rusiya Ermənistanı müstəqillikdən tam məhrum etməklə cəzalandıra bilər. Və bu məsələdə yenə də Azərbaycan ciddi zərbə ala bilər.

İşğal edilmiş Azərbaycan rayonları 1939-cu ildə Rusiya tərəfindən Polşadan qoparılaraq Ukraynaya birləşdirilmiş Lvovun taleyini yaşaya bilərlər. 1939-cü ildə Lvov əhalisinin 65 faizi polyak və cəmi 11 faizi ukraynalı idi. Yəni Rusiya bu addımı atanda region əhalisinin 700 mininin azərbaycanlı və cəmi 120 mininin erməni olması amilini qulaqardına vuracaq. Azərbaycanın ordusu və diplomatiyası bu fəlakətin qarşısına almağa hazır olmalıdır.

Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az