Ermənistanda əsgəri döyüb yandırdılar

Ermənistanda əsgəri döyüb yandırdılar
O maşınında yandırılıb

Ermənistanda Tavuş vilayətində dəhşətli bir cinayətin üstü açılıb.
İstiPress-in məlumatına görə, avqustun 17-də Nerkin kəndində yanan maşın aşkar edilib. Onun içində 1985-ci il təvəllüdlü V.Q.-meyiti tapılıb.
Məlum olub ki, 1980-cı il təvəllüdlü A.L onunla mübahisə edərək ölümcül şəkildə döydükdən sonra onu avtomobilə qoyaraq özbaşına buraxıb. Avtomobil isə yolda maneəyə çırpılaraq yanıb və kül olub.
Yanan kişinin müqavilə əsasında işləyən hərbi qulluqçu olduğu bildirilir.
Ermənistanda bəzi ekspertlər son vaxtlar cinayətlərin artmasını kəskin isti hava şəraiti ilə izah edirlər. Yoxsulluq və işsizlik barədə isə heç nə deyilmir.


Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az