Ermənistanda matəm elan olunacaq

Ermənistanda matəm elan olunacaq
Erməni əsilli Fransa müğənnisi Şarl Aznavur dəfn edilən gün Ermənistanda matəm elan olunacaq.

Miq.az report-a istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan bildirib.
"Mənim Şarl Aznavurla şəxsi tanışlığım yox idi. Yerevanda keçiriləcək Frankofoniya sammiti çərçivəsində onunla görüşməyi planlaşdırırdım. Şarl Aznavur milli qəhrəmandır və erməni xalqına sədaqətli olaraq, ölkəmizin qurulmasına böyük əmək sərf edib", - hökumət başçısı vurğulayıb.

Qeyd edək ki, Ş.Aznavur oktyabrın 1-də Parisdə ölüb. Onun oktyabrın 3-də Fransada dəfn olunacağı gözlənilir.
Xatırladaq ki, Ş.Aznavur qondarma "erməni soyqırmı"nın tanınmasının fəal təbliğatçılarından biri olub. 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az