Ermənistanda "Yoxa çıxan" ZABİTLƏR-Ordu iki yerə parçalandı

Ermənistanda

Azərbaycan Ermənistan ordusunu iki yerə parçaladı

Aprel döyüşlərindən sarsılmış İrəvan daha böyük itkilərə hazırlaşır

Yaxın zamanlarda Ermənistan ordusunun bir çox yüksək çinli zabitləri işdən azad ediləcək.

İstiPress-in məlumatına görə, bu barədə İrəvanda dərc olunan "Joxovurd" qəzeti yazır.

"Bizim mənbə bildirir ki, yaxın zamanlarda Müdafiə Nazirliyinin bir sıra idarələrinin rəisləri, o cümlədən Silahlı Qüvvələrin baş qərargahının məsul məmurları, hərbi hissələrin komandirləri işdən azad ediləcək",- deyə məqalə müəllifi vurğulayır.

Müəllif ixtisarlar barədə söhbətlərin prezident Serj Sarkisyanın Müdafiə Nazirliyinə gözlənilməz gəlişindən sonra başlandığını bildirib. Zabit heyəti ilə görüşən Serj Sarkisyan ertəsi gün hərbi polisin rəisi Samvel Qukasyanı işdən çıxarıb və yerinə prezident iqamətgahının mühafizə rəisinin müavini Artur Baqdasaryanı təyin edib. Ermənistan ordusunda köklü dəyişikliklərin anonsunu verən qəzet bunun son günlərdə Ermənistan ordusunun cəbhədəki uğursuzluqları ilə bağlı olduğuna işarə vurub. 

 2 aprel 2016-cı ildə Azərbaycan ordusunun Ermənistan işğalından azad etdiyi ərazilər

Azərbaycan Müdafiə Nazirliyinin sabiq əməkdaşı Üzeyir Cəfərov İstiPress-ə müsahibəsində bunu Ermənistan ordusunda 2016-cı ilin aprel ayından sonra baş vermiş prosesin davamı kimi dəyərləndirib:

"Aprel döyüşləri Ermənistan ordusunun zəifliyini ortaya çıxardı. Seyran Ohanyan, Yura Xaçaturov buna görə vəzifələrini itirdilər, əsas günaşhkar kimi isə Alik Mirzəbekyan cəzalandırıldı. Dağlıq Qarabağdakı hərbi birləşmələrin rəhbəri də dəyişdirildi".

Üzeyir Cəfərov aprel döyüşlərindən sonra Serj Sarkisyanın Ermənistan ordusunda Qarabağ ermənilərinin rolunu artırdığını da vurğulayır:

"Gürcüstan ermənisi Yuri Xaçaturov ordunun baş qərargah rəisliyinldən çıxarıldı və yerinə Dağlıq Qarabağda anadan olub böyümüş Movses Akopyan təyin edildi. Hərbçi olmadığına görə səslənən etirazlara baxmayaraq Vigen Sarkisyan yeni hökumətdə də müdafiə naziri kimi təsdiq edildi, həmçinin iki mülki şəxs ona müavin təyin edildi və onlar da Qarabağ klanını təmsil edirlər".

Üzeyir Cəfrov düşünür ki, Serj Sarkisyan Ermənistan ordusunun zəifliyi barədə məlumatların kənara çıxmamasına çalışır və özünə sadiq mülki adamların orduya yerləşdirilməsi də bununla bağlıdır:

"Əslində, o, vəziyyəti düzəldə bilmir. Gələn xəbərlər göstərir ki, bu orduda hərc-mərclikdir. Bu günlərdə 3 əsgər göldə boğuldu, 2 əsgər isə sərxoş halda yüksək sürətlə qəza törədərək həlak oldu. Son günlərdə Ermənistan ordusunun operativ gündəlik xəbərlər verməsini dayandırması da bununla bağlıdır. Onlarda çağırışçı sayı da azalıb və artıq Qarabağdakı hissələri belə əsgərlə təmin edə bilmirlər. Buna görə muzdlu könüllüləri cəlb etmək istəyirlər",- deyə Üzeyir Cəfrov vurğulayır.

İrəvanda dərc olunan "Jamanak" qəzeti orduda və digər sahələrdə qarabağlıların gücləndirilməsini Serj Sarkisyanın 2018-ci ildə baş nazir kimii yenidən ölkəyə rəhbərlik etmək niyyəti ilə bağlayır. Qəzetin fikrincə, indiyə kimi Ermənistana rəhbərlik edənlər - intellektual Levon Ter-Petrosyan və hərbi çeviriliş yolu ilə onu hakimiyətdən salmış "döyüşçü" Robert Koçaryan qeyri-rəsmi tabuya əməl edərək 10 ildən artıq hakimiyyətdə qalmayıblar. Serc Sarkisyan isə bu tabunu məhv edərək ömürlük hakimiyyətdə qalmağa çalışır.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az