Ermənistanı şoka salan yəhudi məktubu

Ermənistanı şoka salan yəhudi məktubu

Azərbaycanın ərazi bütövlüyü məsələsi İrəvanda çaxnaşma yaradıb

Rusiyalı bloger Aleksandr Lapşinin əfvindən sonra prezident İlham Əliyevə yazdığı məktub erməni KİV-lərini şoka  salıb.

İstiPress-in məlumatına görə, erməni mətbuatını əsas hiddətləndirən səbəb Azərbaycanın sərhəd rejimini pozaraq Dağlıq Qarabağa səfər etmiş blogerin öz məktubunda Azərbaycanın ərazi bütövlüyünü tanıması, Ermənistanı işğalçı dövlət adlandırmasıdır.    

A.Lapşinin məktubunda aşağıdakı sözlər yer alıb: "Bu gün mənim əfvimlə bağlı sərəncam imzaladığınızı öyrəndim. Buna görə sizə çox təşəkkür edirəm. Mən indi tam əmin oldum ki, Dağlıq Qarabağ Azərbaycanın ərazisidir, belə də olacaq. Ümid edirəm ki, Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə həll olunacaq”, - deyə məktubda vurğulanır. Lapşin məktubunda Azərbaycan xalqına işğal olunmuş ərazilərin ən qısa zamanda azad olunmasını arzulayıb.

Ermənistanın "news.am" portalı öz məqaləsində dərhal Lapşinin yəhudi əsilli olmasını və İsrail vətəndaşlığını yada salıb.  Portal yəhudilər barədə təhqiramiz ifadələr işlədərək Lapşinin yazdıqlarını "yəhudi məktubu" adlandırıb. Ermənilərin yəhudilərə nifrətinin səbəbi aydındır. Azərbaycan ordusu İsraildən müxtəlif raket kompleksləri alıb və bu raketlər aprel döyüşlərində Ermənistan ordusunun ciddi itkilərinə səbəb olub.   
Ermənistanı yaxşı tanıyanlar yaxşı bilir ki, bu ölkədə yəhudiləri sevmirlər, onları Məsih İsanın qatili sayırlar. Vaxtilə ermənilərin içində böyük yəhudi icması olub, amma sonradan ermənilərin basqısı altında onlar ya erməniləşiblər, ya da ölkəni tərk etməyə məcbur olublar. İndiki Ermənistan Respublikasının ərazisində hələ İrəvan xanlığı zamanından iki yəhudi icması olub - aşkenazi və İran yəhudilərinin hər birinin ayrıca sinaqoqu fəaliyyət göstərib.

Amma region Rusiyanın nəzarətinə keçəndən və bölgəyə ermənilər yerləşdiriləndən sonra hər iki sinaqoq yoxa çıxdı. Ermənistan SSR təşkil olunan zaman İrəvanda cəmi bir neçə yəhudi ailəsi qalmışdı. Şərhə ehtiyac yoxdur. 
Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az