“Ermənistanı yerinə oturdana kimi belə hadisələr olacaq”

“Ermənistanı yerinə oturdana kimi belə hadisələr olacaq”

Avqustun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası istiqamətində düşmən tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində hərbi qulluqçumuz İsrəfilov Samit Ədalət oğlu yaralanıb. Əsgərimizə dərhal tibbi yardım göstərilib, həyati təhlükəsi yoxdur. Hər dəfə atəşkəsi kobudcasına pozan düşmən tərəfi həmişə atəşkəsin pozulmasına görə ordumuzu ittiham edir. 

Keçmiş korpus komandiri, tanınmış ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov Moderator.az-a açıqlamasında bildirdi ki, düşmən cəbhədə atəşkəsi pozmaqla Ermənistan cəmiyyətində ictimai rəyi çaşdırmaq istəyir:

"Cəbhə bölgəsində hansı istiqamətdə olursa olsun atəşkəsin pozulması nəticəsində hər iki tərəfin itkiləri olur. Bu dəfə bizim əsgərimizin yaralanması ilə nəticələndi. Bunun səbəbləri müxtəlifdir. Biz bilirdik ki, ermənilər son zamanlar snayperçi qadınları hazırlayaraq cəbhə bölgəsində yerləşdiriblər. Düşmən çalışır ki, Azərbaycan hansısa adekvat addımlar atsın. İndi Paşinyan höküməti Qarabağla bağlı danışıqları bərpa etmək üçün müəyyən təzyiqlərə məruz qalıb.  Bu danışıqların istiqaməti və inkişafı Paşinyan hökümətinin xeyirinə deyil. Ona görə də düşmən tərəfi stabilliyi pozmağa cəhd edir ki, Azərbaycanın aqressiv olduğunu həmişə olduğu kimi danışıqlarda bəyan etsinlər. 

Əlbəttə, düşmənin hərbi rəhbərləri Naxçıvana hücum edəcəkləri ilə bağlı populist çıxışlar edirdilər. Əgər bu gün biz itki verməmişiksə, bu ona görə deyil ki, ermənilər atəşkəsi pozmurlar. Bu rəhbərlik və yerli komandirlər tərəfindən əsgərlərlə aparılan işlərin nəticəsidir. Erməni tərəfi yenicə işğaldan azad etdiyimiz Günnüt kəndi istiqamətində də axtarışlar edir. Digər tərəfdən ordumuz tərəfindən itkinin olmasını erməni cəmiyyətinə təqdim edərək bildirirlər ki, onlar guya döyüşə bilirlər. Müharibə hələ bitməyib. Qarabağ məsələsi bitənə kimi və Ermənistanı yerinə oturdana kimi belə hadisələr olacaq. Allah əsgərlərimizi qorusun”. 

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az