Ermənistanın Qarabağ təklifi RƏDD EDİLDİ - Avropa İttifaqından Paşinyana TƏRS ŞİLLƏ

Ermənistanın Qarabağ təklifi RƏDD EDİLDİ - Avropa İttifaqından Paşinyana TƏRS ŞİLLƏ

Avropa İttifaqı Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində Ermənistan tərəfindən yaradılmış separatçı rejimin danışıqlarda tərəf kimi iştirakını rədd edib.

Publika.az xəbər verir ki, bu barədə Ermənistan mediası danışıqlara yaxın mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Ermənistanın baş naziri Nikol Paşinyan mart ayının əvvəlində Brüsselə səfəri zamanı Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Federika Moqerini ilə görüşüb. Görüş zamanı Moqerini Paşinyanın separatçıların danışıqlarda tərəf olması təklifinə qəti etiraz edib.

Ermənistan KİV-i iddia edir ki, ali komissar Ermənistanın baş nazirinə Azərbaycan Prezidenti ilə danışıqları nəticələrini açıqlamamağı və separatçıların danışıqlar prosesinə qoşulması çağırışları etməməyi tövsiyə edib. Nikol Paşinyan da bu tələblərlə razılaşıb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az