Ermənistanın yeni hakimiyyəti ucuz vasitələrlə ictimaiyyəti aldatmağa çalışır - XİN

Ermənistanın yeni hakimiyyəti ucuz vasitələrlə ictimaiyyəti aldatmağa çalışır - XİN
Ermənistan KİV-nin Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin hər hansısa bir sənədinin BMT-nin saytında yerləşdirilməsi barədə xəbəri yalan və dezinformasiyadan başqa bir şey deyildir.

Bu barədə Miq.az-a XIN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlama verib.
Onun sözlərinə görə, Ermənistanın yeni hakimiyyəti bu kimi ucuz vasitələrlə ilk növbədə Ermənistan ictimaiyyətini aldatmağa çalışır:
"Bu kimi yalanlar ifşa olunduqca Ermənistanın dövlət media resursları xəbərin başlığını redaktə edərək yeni formada verməyə çalışırlar. Ermənistanın BMT yanında Daimi Nümayəndəliyi üzv dövlət olaraq məktubla müraciət edir və bu məktubun əlavəsi kimi qondarma rejimə aid hər hansısa bir kağız parçasını əlavə edir. Ermənistanın bu hərəkəti BMT üzv dövlətlərinə, BMT nizamnaməsinə hörmətsizlikdir. Təyinatına gəldikdə isə bu kimi kağız parçaları BMT-də ətraf mühiti qorumaq üçün makulatura məqsədilə istifadə olunur".
Qeyd edilir ki, Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi BMT-nin katibliyi və BMT üzv dövlətlərini Ermənistanın bu kimi qeyri-ciddi fəaliyyəti barədə məlumatlandırıb

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az