“Əsl yazıq və bədbəxtlə bugünkü Yezidlər - Putinlər və onların dəstəkçiləri, əlaltılarıdır…”

“Əsl yazıq və bədbəxtlə bugünkü Yezidlər - Putinlər və onların dəstəkçiləri, əlaltılarıdır…”
 
-FİKİR SAVAŞI…-
 
Ümumən dünya həyatına və ayrıca şəhidliyə, o cümlədən İmam Hüseyn(ə.s.) şəhidliyinə baxışlarımızdakı yanlışlıqlar əsasən bir səhvdən qaynaqlanır. Təəssüf ki, çoxumuz hər şeyə birtərəfli, yalnız maddi bucaqdan baxır və insan həyatının bu dünya ilə bitdiyini hesab edirik. Halbuki, Quran ayələri işığında, yəni Yaradanımızın qanunları çərçivəsində hər şey bambaşqa görünür...
 
İmam Hüseyn(ə) şəhidliyinə, Kərbəla faciəsi və dərsinə ağız büzmək də məhz həyata yanlış baxışlardan, imansızlıqdan, inancsızlıqdan qaynaqlanır...
 
İmam Hüseynin(ə), əstəğfürullah, ya ağılsızlıqdan, yaxud hakimiyyət uğrunda dava səbəbindən həlak olmasını düşünənlər bugünkü  Vətən, Qarabağ şəhidlərimizin şəhidliyini, qəhrəmanlığını da inkar edirlər...
 
İmam Hüseyni(ə), əstəğfürullah, yazıq, bədbəxt sayanlar bugünkü şəhidlərimizi də yazıq, bədbəxt sayırlar...
 
Halbuki, əsl yazıq və bədbəxtlər Müaviyyə, Yezid(lənətullahlar) və onların çağdaş əqidə,əməl davamçılarıdır...
 
Heç Suriyada, Yəməndə, Fələstində Ukraynada təsadüfi bombalar, raketlər, güllələr altında həlak olanlar da yazıq, bədbəxt deyil...
 
Əsl yazıq və bədbəxtlə bugünkü Yezidlər - Putinlər və onların dəstəkçiləri, əlaltılarıdır. Bugünkü cılız korrupsioner, rüşvətxor məmurlar və onların qulbeçələridir... Onlara dəstək verən, onlara yalmanan, yaltaqlanan, siyasilər, mandatlılar və media mənsublarıdır...  Əsl bədbəxt və yazıqlar vicdansızlar, imansızlar, əxlaqsızlar, namussuzlar, zinakarlardır... 
 
Həyatın bu dünya ilə bitdiyini düşünərək İmam Hüseyn(ə) başda olmaqla şəhidlərimizi yazıq, bədbəxt sayanlar  anlamırlar ki, o şəhidlər sərvəri də,  bugünkü Qarabağ, Vətən uğrundakı şəhidlərimiz də Allah, haqq, xalq yolunda həlak olaraq Vətənlərini, soydaş və dindaşlarını qorumaqla yanaşı, özləri də ikinci həyatlarını, yəni Axirət dünyalarını -Cənnətlərini qazanıblar və qazanırlar...
 
Bugünkü şəhidimizin, onun ata-anasının yaşamış olduğu daxmalara baxaraq "Yazıqlar, gör, necə yerdə yaşayırlar? Onsuz da bədbəxt idilər, oğullarını da itirib tamam bədbəxt oldular” deyənlər və "Kasıb-kusub gedib ölür, rüşvətxor varlılar da villalarında kef çəkir” söylənənlər başa düşmürlər ki, bu şəhidlər də, inşallah, onların yoxsul ata-anaları da ölümlərindən sonra yaşadıqları daxmaların hesabını çox asanlıqla verib Cənnətdə dünyadakı heç bir varlının təsəvvür edə bilmədiyi möhtəşəm saraylara qovuşacaqlar. Amma vay o rüşvətlə, yalanla, saxtakarlıqla, dələduzluqala, sələmlə, narkotiklə tikdirdikləri villalarda mövcud olanların halına! Onların hesabı çox ağır olacaq və inşallah, Cəhənnəmin ən dərin, ən qaynar yerində yanacaqlar... 
 
İmam Hüseynə(ə) şəhidlərimizə ağız büzənlər, onları bədbəxt, yazıq sayanların məntiqi, daha dorusu, məntiqsizliyi ilə Allah - Yaradanımız, əstəğfürullah, ədalətsizdir... Yəni guya elə bu dünyada kef çəkən şərəfsizlər, rüşvətxorlar, sələmxorlar, zinakarlar-filanlar cəzasız qalmaqla, övladlarını şəhid verən yoxsullar da həyatlarını beləcə başa vurmaqla – hamısı torpağa  gömülməklə hər şey bitəcək...
 
Belə düşünənlər, yaxşısı budur, Allahın adını tutmasınlar... Çünki onu zalım, ədalətsiz hesab edirlər... 
 
Fəqət bilmirlər ki, qulun tərəzisi ilə Allahın tərəzisi bir deyildir. Onun insanların həyatını, niyyət və əməllərini,onların nəticələrini bu dünyada və Axirətdə necə, nə cür, nələrlə, kimlərlə müqayisədə, nələrlə nisbətdə, nələrlə cəmdə dartacağını bizim ağlımız dərk edə bilməz... Odur ki, yalnız səmimi qəlblə, ixlasla Ona inanıb yaşayıb Onun, Haqqın uğrunda mümkün qədər mübarizə aparmaqdan savayı yolumuz yoxdur...
 
Allah İmam Hüseyn(ə) başda olmaqla cəmi şəhidlərimizə rəhmət etsin!..
 
Sultan Laçın
moderator.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az