“EuroHome”dakı sahibkarlarına kompensasiya ödəniləcək

“EuroHome”dakı sahibkarlarına kompensasiya ödəniləcək

"EuroHome” ticarət mərkəzində baş vermiş yanğına görə sahibkarlar tərəfindən Bakı-Sumqayıt yolunda hərəkətin dayandırılması ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı "EuroHome” ticarət mərkəzinin rəhbəri ilə birlikdə yanğından ziyan çəkmiş sahibkarlarla hadisə yerində görüşüb.

"Report" xəbər verir ki, görüş zamanı icra hakimiyyətinin başçısına "EuroHome” ticarət mərkəzinin rəhbəri tərəfindən sahibkarlara dəymiş ziyan barəsində müvafiq araşdırma aparıldığı barədə məlumat verilib.

Dəymiş ziyan müəyyən edildikdən sonra vətəndaşlarla "EuroHome” tikinti materialları bazarının rəhbərliyi tərəfindən ödəniləcək kompensasiya şərtləri müzakirə ediləcək.

Qeyd edək ki, baş vermiş yanğın, ümumilikdə, 21.000 kv.m sahəni əhatə edib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az