Ev tikmək istəyənlərə ŞAD XƏBƏR- Prosedur asanlaşır

Ev tikmək istəyənlərə ŞAD XƏBƏR- Prosedur asanlaşır

Fərdi evlərin tikintisi daha dinamik şəkildə aparılacaq. Bununla bağlı Şəhərsalma və  Tikinti Məcəlləsində dəyişiklik olacaq.

Hazırda mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan evlərin tikintisi üçün icra hakimiyyəti orqanlarından icazə tələb edilmir. Sadəcə müvafiq qurumlara məlumat verilməlidir.

Yəni 1 ay ərzində tikinti üçün xüsusi irad olmurdusa, vətəndaş inşaata başlaya bilərdi.

Milli Məclisdə müzakirəyə çıxarılacaq yenilik qəbul edilsə, sözügedən 1 aylıq müddət də  qısalacaq.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlının sözlərinə görə, təkliflər qəbul edilərsə, bu zaman sözügedən parametlərdə olan fərdi evlərin tikintisi daha güclənə bilər.

Miq.az "Xəzər Xəbər”-in mövzu ilə bağlı daha videomaterialını təqdim edir:
[video=http:// ]
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az