Əziz Qaralov: Bibiheybətdəki hadisə sürüşmə deyil

Əziz Qaralov: Bibiheybətdəki hadisə sürüşmə deyil
Bibiheybət məscidinin yaxınlığında baş verən hadisə sürüşmə deyil.

Bunu oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib.
Onun sözlərinə görə, məscidinin yaxınlığında yerləşən qəbiristanlığın istinad divarı uçub:
"Əraziyə baxış keçirdim. Bibiheybətdən yuxarı hissəyə gedən yolda divar yerləşir. Həmin divarın üzlük daşı 3-4 metr uzunluqda qoparaq yola tökülüb. Başqa bir proses yoxdur”.
Əziz Qaralov qeyd edib ki, hazırda ərazidə bərpa işləri aparılır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az